Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:21

Yunanıstanda yeni parlament seçkisi keçiriləcək


Yunanıstan parlamentindəki partiyalar hökumət qurmaq haqda razılığa gələ bilməyib.
Mayın 15-də yeni Demokratiya (mühafizəkarlar), PASOK (sosialistlər), Demokratik Sol, Sol Radikal Koalisiyası partiyalarının danışıqları nəticəsiz qalıb.

Bu o deməkdir ki, Yunanıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Yunanıstan prezidenti Karolos Papulyas bu gün siyasi partiya liderləri ilə görüşəcək və yeni seçki tarixini açıqlayacaq.

Yunanıstanda son parlament seçkisi mayın 6-da keçirilmişdi.
XS
SM
MD
LG