Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:27

Kolumbiyada partlayış olub, ölənlər var


Kolumbiyanın paytaxtı Bogotada partlayış olub. Partlayış nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralananların arasında keçmiş daxili işlər naziri, 78 yaşlı Fernando Londono da var.

Ölənlərdən biri isə keçmiş nazirin sürücüsüdür. Partlayıcı Londononun maşınının yoluna qoyulubmuş.

Kolumbiyanın prezidenti bunu keçmiş nazirə sui-qəsd adlandırıb. Hələlik partlayışa görə məsuliyyəti heç kim üstünə götürməyib.
XS
SM
MD
LG