Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:01
Avropa Komissiyası mayın 15-də illik Avropa Qonşuluq Siyasətinə dair sənədlər paketini açıqlayıb. Hesabatlara Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynaya dair dəyərləndirmələr və tövsiyələr, həmçinin Şərq Tərəfdaşlığı üçün «yol xəritəsi» daxildir.

AB-Azərbaycan Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının müddəti (AQS FP) 2011-ci il dekabrın 31-də bitib. AB və Azərbaycan razılaşıblar ki, hazırda danışıqlar prosesində olan Assosiasiya Sazişi imzalananadək bu planı müddətsiz uzatsınlar.

Fəaliyyət Planı öhdəliklərinə əməl etmək üçün Azərbaycan mühüm işlər görməlidir. Həmin öhdəliklər seçki prosesləri, insan haqları və əsas azadlıqların daxil olduğu dərin və davamlı demokratiya, eləcə də ədliyyə sisteminin müstəqilliyini əhatə edir.

– Martda elə də güclü olmayan etiraz aksiyalarının, xüsusilə də aprelin 2-də aksiyanın sərt şəkildə boğulması göstərdi ki, demokratikləşmə və insan haqları cəbhəsində ciddi geriləmə var. AB-yə istiqamətlənən, eləcə də Avropa Şurası və ATƏT-in öhdəliklərinə əməl olunmur.

– Azərbaycan 2011-ci ilin əvvəlində anti-korrupsiya kampaniyasına başlayıb, ancaq kampaniyanın təsiri kiçik olub. Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, insan alveri və «çirkli pullar»ın yuyulması ilə mübarizədə irəliləyiş əldə olunub.

– Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ danışıqlarında real nəticə olmayıb. Təmas xəttində gərginlik artıb,
Səməd Seyidov

Səməd Seyidov

atəşkəsə dair sazişin pozulması hallarının araşdırılmasında da ciddi irəliləyiş olmayıb.

AZƏRBAYCANIN ARTAN ÇƏKİSİ

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirir ki, «hər bir beynəlxalq təşkilatla münasibətlər ümumi, qarşılıqlı anlaşma əsasında təşkil olunur. Səməd Seyidov Azərbaycanda hüquq-mühafizə sistemindəki islahatları, təhsilin Boloniya sisteminə qoşulmasını, Azərbaycanın Avropa Birliyinin bəyan etdiyi qonşuluq siyasətində fəal iştirakını, «Euronest» Parlament Assambleyasına daxil olmasını xatırladır. Bildirir ki, bu təşəbbüsləri Azərbaycan könüllü həyata keçirib:

«Hansısa məsələlərin müzakirəsinə isə normal və təbii baxmaq lazımdır. Bunu Azərbaycanın artan çəkisi, nüfuzu, təsir etmək imkanları ilə əlaqələndirmək lazımdır. Təəssüflər olsun ki, bəziləri bunu başqa formada izah etməyə çalışırlar. Onların fikrincə, Azərbaycan məsələləri məhz ona görə müzakirə olunur ki, burada başqa ölkələrə nisbətən problemlər həddindən artıq çoxdur. Bu, əsla belə deyil. Azərbaycanı ümumi kontekstdən ayırıb insan haqları, Razi Nurullayev

Razi Nurullayev

yaxud demokratiyanın inkişafı ilə bağlı müzakirə etmək, hədəfə çevirmək, bu istiqamətdə həmin ali dəyərlərdən istifadə edərək Azərbaycana təzyiq göstərmək düzgün deyil. Bu məsələlər ümumi Avropa, ümumi dünya kontekstində, demokratiyanın inkişafı kontekstində müzakirə olunmalıdır».

MÜXALİFƏTİN DƏYİŞƏN MÖVQEYİ

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev deyir ki, Azərbaycan Avropa Komissiyasının bu ölkədəki narahatlıqları ilə bağlı konkret addımlar atmayıb:

«Azərbaycanla danışıqlar ilk olaraq vizanın sadələşdirilməsi məsələsindən başlayıb. Ancaq bu məsələ hələ də dalana dirənib. Biz əvvəllər müxalifət olaraq düşünürdük ki, təzyiq vasitəsi kimi Azərbaycanla beynəlxalq təşkilatlar əməkdaşlıq etməkdən çəkinsin. Ancaq bu gün düşünürük ki, həmin ölkələr Azərbaycana daha da yaxınlaşmalı, inteqrasiya etməyə çalışmalıdır. Bununla da Azərbaycana təsir göstərib onun demokratikləşməsində rol Rasim Musabəyov

Rasim Musabəyov

almalıdır».

TÖVSİYƏLƏR NƏZƏRƏ ALINACAQ

Politoloq Rasim Musabəyov isə deyir ki, Avropa Komissiyasının tövsiyələri nəzərdən keçiriləcək:

«Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq edir. Onların öz tövsiyələri var. Azərbaycan hökuməti də bu tövsiyələri nəzərdən keçirəcək. Bəli, ciddi tövsiyədir. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdır. Bu tövsiyələr də mütləq şəkildə nəzərdən keçiriləcək».

Avropa Komissiyasının mayın 15-də açıqladığı sənədlərdə iqtisadi və sosial islahatlar, ticarətlə bağlı məsələlər, ədliyyə, azadlıq və təhlükəsizlik əməkdaşlığı, təhsil və səhiyyə məsəlləri də yer alıb.

Şərhləri göstər

XS
SM
MD
LG