Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:35

Gürcüstan naziri: Azərbaycan monastıra girişi bağlamayıb


«Azərbaycan dini xadimlərinin David Qareci monastır kompleksinə girişini əngəlləməyib».

Bunu Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Shota Khizanishvili yerli mediaya bildirib. O deyib ki, kompleksin bir hissəsi Azərbaycan ərazisindədir, ora daxil olmaq istəyənlər buraxılış məntəqəsindən keçməlidirlər.

Gürcü ekspertləri isə sərhəddə gücləndirilmiş rejimi Azərbaycanda başlayacaq «Eurovision» mahnı yarışması ilə izah edirlər.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev AzadlıqRadiosuna bildirib ki, mübahisəli ərazi barədə iradları Gürcüstan mətbuatında oxuyub:

«Onu da oxudum ki, Gürcüstan rəsmiləri Azərbaycanın Gürcüstan səfirliyinə müraciət edəcəklər. Səfirlə əlaqə saxladım, amma dedilər ki, hələlik müraciət olunmayıb. Rəsmi müraciət edilsə, biz də rəsmi açıqlama verəcəyik».

Gürcüstanın din xadimləri bildiriblər ki, Azərbaycan sərhədçiləri mayın 6-dan əraziyə girişi hamı üçün bağlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG