Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

Cakartada Lady Gaganın konsertinə icazə verilmədi


İndoneziyanın paytaxtı Cakartada Lady Gagaya konsertə icazə verilməyib.
Ən azı 3 islam təşkilatı Lady Gaganın konsertinə etiraz bildirib. İslamçıların Lady Gaganın “vulqar üslub”una etirazından sonra Milli Polis iyunun 3-dəki konsertə icazə verməyib.
Dini qruplar bildiriblər ki, onlar Lady Gaganın provokativ geyiminin və rəqsinin gəncləri yoldan çıxaracağından qorxurlar.
Lady Gaganın Cakarta konserti onun Asiya turunun zirvəsi olmalı idi.
Bu konsrtə artıq 40 min bilet satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG