Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Hollande ədalətə, şərəfə və sadəliyə söz verir


Fransanın yeni prezidenti seçilən Francois Hollande rəsmi olaraq öz prezident vəzifəsinin icrasına başlayıb.
Rəsmi mərasim Parisdə Yelisey sarayında keçirilib.
Hollande son 17 ildə ilk sosialist prezidentdir.
O ölkəni şərəflə və sadəliklə idarə edəcəyini vəd edir.

Hollande deyib:"Bu, mayın 6-da Fransa xalqından aldığım mandatdır. Bu mandat Fransada ədalət yaratmağa , Avropada yeni yol açmağa, dünyada sülhü və planetin özünü qorumağa verilib."

Hollande dərhal Berlinə yola düşəcək. O, Almaniya kansleri Merkellə Avropanın borc böhranını müzakirə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG