Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:43

Amnesty International: «Hakimiyyət polisin güc tətbiqinə dərhal son qoymalıdır»


Amnesty International, official logo
Amnesty International, official logo
Azərbaycan hakimiyyəti ifadə azadlığının boğulması üçün polisin güc tətbiqinə dərhal son qoymalıdır.

Bunu mayın 14-də polisin Bakının mərkəzində dinc etiraz aksiyasını dağıtmasından sonra «Amnesty International» bəyan edib.

«Amnesty International» bildirir ki, müxalifət fəalları mitinq keçirmək üçün Sabir bağında və Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmışdı.

300-ə yaxın etirazçı «Eurovision»dan əvvəl siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Hadisə yerindən çəkilmiş videomateriallardan görünür ki, polis aksiyaçıları döyür, qolunu burur aparır.

«Amnesty International»ın Avropa və Orta Asiya üzrə proqram direktoru John Dalhuisen bildirib ki, «beynəlxalq KİV-in «Eurovision» müsabiqəsinə diqqəti dinc etirazçıların qarşısını almaq üçün polisi güc tətbiq etməkdən çəkindirmir».

«Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qadağanın aradan qaldırılması üçün təcili addımlar atmalıdır», deyə o bildirib.

«Biz bir daha «Eurovision» təşkilatçılarına müraciət edərək, onları Azərbaycanda ifadə azadlığına qarşı davam edən qəbuledilməz repressiyaları pisləməyə çağırırıq. Azərbaycan hakimiyyəti Bakının mərkəzində etiraz aksiyalarına qoyulan qadağaları götürmək və polisin kobud rəftarına görə cavabdehləri məsuliyyətə cəlb etmək üçün dərhal tədbirlər görməlidir».

Mayın 14-də 18 fəal saxlanılaraq Səbayel rayon polisinə aparılıb. Onlardan 10-u şəhərdən 60 km uzağa aparılıb və Qobustan qəsəbəsi ərazisində düşürülüb. Qalan 8-i isə yazılı izahat alındıqdan sonra buraxılıb.

«Dinc etirazçılara son təzyiqlər Azərbaycan hakimiyyətinin ifadə azadlığına münasibətinin göstəricisidir», John Dalhuisen bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG