Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:32

İyunun 1-dən qaytarılan əmanətlər, İran azərbaycanlıları Ankarada...


Mətbuat icmalı
Mətbuat icmalı
İYUNUN 1-DƏN ƏMANƏTLƏR QAYTARILIR

«Azərbaycan» qəzeti bu günkü sayında keçmiş SSRİ Əmanət Bankı əmanətçilərinin öz əmanətlərini ala biləcəkləri ünvanlarla bağlı məlumat yayıb.
Bildirilir ki, sovet bankında əmanəti qalanlar bu il iyunun 1-dən əmanətlərini geri ala bilərlər. Qəzet ünvanların əks olunduğu cədvəli səhifəsində yerləşdirib və bildirir ki, əmanətçilər fərdi birdəfəlik ödəmələrin alınması məqsədilə özlərinə məxsus əmanət kitabçalarındakı kassa (şöbə və filialların) nömrəsinə əsasən aidiyyəti məntəqəyə müraciət edə bilərlər.

PREZİDENT AİLƏSİNƏ 97, MİN NƏFƏRLİK KOLLEKTİVƏ 2 FAİZLİK SƏHM

«Azadlıq» qəzeti yazır ki, jurnalist araşdırmaları zamanı prezident İlham Əliyevin ailəsinə məxsus olduğu üzə çıxan «AZENCO»nun özəlləşdirilməsində qaranlıq məqamlar olub: «Qəzet yazır ki, «AZENCO» MMC-nin payının 97,5 faizinin sahibi olan «Interenerji» şirkəti bu qurumun səhmləri üçün dövlət büdcəsinə 6,4 milyon manat köçürüb, halbuki «AZENCO»nun xüsusi kapitalı 500 milyon dollar təşkil edib. «Azadlıq» yazır ki, qurumun əvvəlki 1000 nəfərlik kollektivi şirkətin 2 faizinə sahib olub: «Interenerji» MMC investisiya müsabiqəsində daha bir müəssisəni - Balakən kiçik su elektrik stansiyasını da özəlləşdirib. Deməli, artıq bu su elektrik stansiyası da hakim ailəyə məxsusdur. Şirkət həmçinin «Azerenerji»nin sayğac quraşdırılması sifarişini də yerinə yetirir».

İRAN AZƏRBAYCANLILARI ANKARADA BİRLƏŞİR

«Zerkalo» qəzeti Ankarada yaradılan «Cənubi Azərbaycanlıların Milli Şurası»na geniş yer ayırıb. Şərhçi Rauf Mirqədirov yazır ki, İran azərbaycanlılarının Ankarada belə bir qurum təsis etməsinə Türkiyənin və Bakının sərt reaksiyasının olmamağını razılıq kimi qiymətləndirmək mümkündür. Müəllifin fikrincə, belə bir qurumun yaradılması o deməkdir ki, Türkiyə və Qərb İran rejimi ilə mübarizədə Azərbaycan problemini kənara qoymayacaqlar.


BAKININ MASTER PLANI VAR

«Yeni Azərbaycan» qəzeti «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun yap.org.az saytına verdiyi müsahibəni yayımlayıb. Qorxmaz Hüseynov bildirib ki, Bakının Master Planını hazırlayırlar: «Burada təkcə Bakının deyil, həm də, ətraf kənd və qəsəbələr, hətta Sumqayıt şəhəri və Abşeron rayonunun mövcud su və kanalizasiya şəbəkəsi və perspektiv inkişafı nəzərə alınır».

Qorxmaz Hüseynov deyib ki, hazırda Bakı şəhərinin əsasən mövcud şəbəkələri üzərində maksimum işlər aparırlar: «Yay aylarında insanların su təminatı ən azından ötən ilkindən yaxşı olmasına çalışırıq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG