Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:00

ABŞ rəsmiləri Tymoshenko ilə görüşüb


ABŞ-ın Ukraynadakı səfiri John Tefft və ABŞ dövlət katibi köməkçisinin müavini Thomas Melia keçmiş baş naziri Yulia Tymoshenko ilə görüşüb. Tymoshenko hazırda Xarkovdakı xəstəxanaların birində müalicə olunur.

ABŞ və Avropa Birliyi ölkələri Tymoshenkonun həbsindən və saxlanma şəraitindən narahatlıqlarını bildiriblər.

Yulia Tymoshenko həbsxanadan xəstəxanaya keçən həftə köçürülüb. Onu almaniyalı və ukraynalı həkimlər müalicə edir.

Yulia Tymoshenko 7 il azadlıqdan məhrum edilib. O, 2009-cu ildə Rusiya ilə qaz sazişləri imzalanarkən vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunub.
XS
SM
MD
LG