Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:41

ABŞ səfiri Tymoshenkoya baş çəkib



Mayın 14-də ABŞ-ın Ukraynadakı səfiri John Tefft və Dövlət Katibinin müşavirinin yardımçısı Thomas Melia Xarkovda xəstəxanada Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko ilə görüşüb. Səfir Tefft görüşdən sonra jurnalistlərə bildirib ki, Tymoshenko və onun partiyasının üzvlərinin təqiblərə məruz qalmasını pisləyir və keçmiş Baş nazirin azad edilməsinə çağırırlar.

Thomas Melia da bildirir ki, Tymoshenko xəstəxanada ona göstərilən tibbi xidmətdən razıdır:

- O dedi ki, Almaniyadan gəlmiş həkim Harms və onunla birlikdə çalışan yerli tibb heyətinin xidmətindən razıdır. Tymoshenko özünü çox yaxşı hiss edir, hörükləri də əvvəlki qaydasında yerindədir.

Ötən həftə də Litvanın prezidenti Tymoshenkoya baş çəkib.

Yulia Tymoshenko hakimiyyətdə olarkən vəzifədən sui-istifadə etmək ittihamı ilə keçən ilin oktyabrında 7 il müddətinə azadlıdan məhrum edilib. Avropa Birliyi və ABŞ onun siyasi motivlərlə təqib edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG