Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:52

Azərbaycanda səhiyyənin vəziyyətini öyrənmək üçün BMT-nin məruzəçisi gəlir


Arxiv foto.

Arxiv foto.


BMT-nin səhiyyə üzrə xüsusi məruzəçisi Anand Grover mayın 16-dan 23-ə qədər Azərbaycanda səfərdə olacaq. O, ölkədə tibbi xidmət hüququnun təmin olunması, səhiyyənin maliyyələşdirilməsi, vərəm və həbsxanalarda tibbi xidmətin vəziyyəti barədə hesabat hazırlayacaq.

Grover deyir ki, bu, fiziki və ruhi sağlamlıqla bağlı tibbi xidmət almaq azadlığının yoxlanması üçün BMT-nin İnsan Haqları Şurasının Azərbaycana göndərdiyi ilk müstəqil məruzəçi missiyasıdır.

“Azərbaycanda həm ictimai səhiyyə, həm də insan haqları kontekstində vərəm çox ciddi problemdir. İnsanların müayinə oluna, müalicə ala bilmək hüquqları əsas insan haqları problemlərindədir. Ləkələmə, ayrı-seçkilik kimi məsələlər mənim səfərimdə əsas araşdırma sahələridir” – deyə Grover bildirir.

Anand Grover Azərbaycana hökumətin dəvəti ilə gəlir. O, hökumət rəsmiləri, millət vəkilləri, həkimlər və ictimai təşkilatların təmsilçiləri ilə görüşəcək.

Məruzəçi ilkin müşahidələrini mayın 23-də Bakıda keçirəcəyi mətbuat konfrnasında jurnalistlərlə bölüşıcık.

Anand Grover Bakıdan sonra da eyni missiya ilə Tacikistana səfər edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG