Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:12

Ukrayna prezidenti Avropa Birliyini onları təhqir etməməyə çağırır


Ukrayna prezidenti Viktor Yanukovych bazar günü Avropa Birliyini onun ölkəsini təhqir etməməyə çağırıb. Donetskə səfəri zamanı prezident deyib ki, onlar belə təhqirə imkan verməyəcəklər.

Mayın əvvəlində Futbol üzrə Avropa Çempionatı öncəsi Ukraynada keçiriləcək sammit təxirə salınıb. Bir neçə Avropa Birliyi lideri elan edib ki, Ukraynanın Polşa ilə birlikdə keçirəcəyi bu çempionata getməyəcək. Səbəb də Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenkoya qarşı pis davranış göstərilir.

Tymoshenko keçən ilin oktyabrında vəzifədə olarkən sui-istifadə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu yaxınlarda onun saxlandığı həbsxanada zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Amma Ukrayna hakimiyyəti Tymoshenkoya qarşı pis rəftarla bağlı deyilənləri inkar edir.

Elə bu gün Avropa Birliyi ölkələrinin xarici İşlər nazirləri həmin futbol çempionatını boykot etmək məsələsini müzakirə ediblər, amma bir qərara gələ bilməyiblər.
XS
SM
MD
LG