Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Rusiya Suriyadakı bombardmanların arxasında Al-Qaedanın olduğunu bildirir


Rusiya bildirir ki, son günlər Suriyada baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnmiş partlayışların arxasında Al-Qaeda durur.

Nazirliyin sözçüsü Gennady Gatilov mayın 14-də deyib ki, ötən həftə Suriya paytaxtı Dəməşqdə təhlükəsizlik idarəsinin yaxınlığında törədilən və 55 nəfərin ölümünə səbəb olan partlayışın arxasında Al-Qaedanın durduğu şübhəsizdir.

Bundan əvvəl adı çəkilməyən islamçı qrup həmin partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Amma müxalifətin Azad Suriya ordusu bildirir ki, Bashar Assadın hökuməti bu hadisədən müxalifəti gözdən salmaq üçün istifadə edir.

Gatilov həmçinin Qərbi Suriya müxalifətinə yardım etməkdə günahlandırıb. O deyib ki, bu yardım ölkədə vəziyyəti daha da gərginləşdirir.

Suriya yaxın əlaqələrə malik Moskva bundan əvvəl bir neçə dəfə BMT-də Assad rejimi əleyhinə qərarlara veto qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG