Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:48

Həmsədrlər prezidentlərin bəyanatındakı öhdəlikləri müzakirə etdiklərini yazırlar


ATƏT-in Minsk Qrupunun həmsədrləri soldan Jacques Faure, Robert Bradtke Igor Popov.
ATƏT-in Minsk Qrupunun həmsədrləri soldan Jacques Faure, Robert Bradtke Igor Popov.
Mayın 11-dən 14-ə qədər Azərbaycan və Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar. Qarabağ danışıqlarına vasitəçilik edən həmsədrlər qeyd edirlər ki, onlar prezidentlər Serzh Sarkisyan və İlham Əliyevin yanvarın 23-də Soçidə qəbul etdikləri birgə bəyanatda göstərilən öhdəliklərin icrası vəziyyətini müzakirə ediblər.

HƏmin bəyanatda sülh razılaşmasının əldə edilməsi üçün Baza Prinsiplərinin razılaşdırılmasının sürətləndirilməsi və atəşkəsin pozulması hallarının araşdırılması nəzərdə tutulurdu.

Həmsədrlər bugünkü bəyanatlarında qeyd edirlər ki, tərəflər bir daha da münaqişənin danışıqlar yolu ilə həllinə sadiq qaldıqlarını deyiblər: “Həmsədrlər 1994-cü ildən bəri davam edən atəşkəsin möhkəmləndirilməsi üçün mülki sakinlər və hərbçilər arasında qarşılıqlı inam yaradılması yolları müzakirə edilib. Həmçinin sülh razılaşmasının əldə olunmasına qədər mədəniyyət abidələrinin qorunmasının zəruri olduğu qeyd edilib” – deyə sənəddə bildirilir.

Həmsədrlər müzakirələri iki ölkənin Xarici İşlər nazirləri ilə davam etdirəcəklərini bildirirlər.

Qarabağ danışıqlarına ABŞ-dan Robert Bradtke, Rusiyadan Igor Popov və Fransadan Jacques Faure həmsədrlik edirlər.
XS
SM
MD
LG