Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35
İrlandiyanın «Irish Independent» qəzeti yazır ki, bu ölkənin «Eurovision 2012» mahnı müsabiqəsində təmsilçilərini Bakıda fanatlar qarşılayıb.

Təyyarədən enən kimi John və Edward Grimes qardaşları karıxmış rəsmilər qarşısında mayallaq aşaraq deyiblər ki, bu ölkəyə təzə ad qoyublar – «EdzerbaiJohn»:

«Mən Edzer'əm, o, isə Baijan, birlikdə olur Edzerbaijan», - Jedward yerli televiziyalardan birinə deyib. Qardaşlar fotolar üçün poza veriblər, onları gözləyən fanatlarla birlikdə müsabiqəyə təqdim edəcəkləri «Waterline» mahnısı oxuyublar.

BU QÜLLƏLƏR LAP BİZƏ OXŞAYIR

John və Edward (Jedward) qardaşları daha sonra Bakını gəziblər. Onlar Alov Qüllələrini özlərinin piramida şəkilli, gelli saç düzümlərinə bənzədiblər.

«Bu qüllələr lap bizə oxşayırlar», - John belə deyib.

Qardaşlar mayın 14-də «Crystal Hall»da məşqlərə başlayırlar.

Jedward’ın səhnə dekorasiyası iki həftə əvvəl yola salınıb. Buraya su fəvvarəsi effekti də daxildir.

İlk dəfə olaraq iki il dalbadal İrlandiyanı «Eurovision»da təmsil edən əkizlərinin səhnə kostyumları 10 çamadana yüklənib.

Jedward mayın 22-də «Eurovision» yarımfinalına sonuncu çıxacaq. Final konserti mayın 26-da olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG