Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:26

Mehriban Ələkbərzadə: «Naxçıvanın müasir mənzərəsini təsvir etməyə sözün gücü çatmır»


Mehriban Ələkbərzadə
Mehriban Ələkbərzadə
-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!
Sayı: 56 (20.461) 29 mart 2012

NAXÇIVANIN MÜASİR MƏNZƏRƏSİNİ TƏSVİR ETMƏYƏ SÖZÜN GÜCÜ ÇATMIR

Azərbaycanın tanınmış jurnalisti, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Türkiyə Respublikasının Qars şəhərinə getmək üçün muxtar respublikamıza gəlmişdir. Onunla həmsöhbət olduq.

-...Mən Avropada və Amerikada çox oluram. Ən çox da Amerikada. Naxçıvan bu gün sinəsinə döyən bir ölkənin, dünyaya dərs demək istəyən Amerikanın məşhur şəhərlərindən heç də geri qalmır. Azərbaycanda yeniləşmə və müasirləşmə prosesinə Naxçıvandan başlanıldı. Sevindirici haldır ki, bu, qədim abidələrimizin bərpasıyla paralel olaraq aparılırdı. Çünki, müasir binalar tikmək olar, modern memarlıq üslubunda nəyisə ortaya çıxarmaq olar, ancaq bu işləri köhnəni və qədimi qorumaqla aparmaq daha önəmliydi...Gələcək üçün keçmişə, sonra isə gələcəyə getmək lazımdır. Bu deviz Naxçıvanda var.

...Şəhərsalma mədəniyyəti bu yerlərə aid bariz nümunədir. Ona görə də deyə bilərəm ki, bu gün Naxçıvan, sadəcə olaraq, özünə qayıdır, özünü bərpa edir. Yeniləşmə bu regionun kökündə var. Şükür Allaha ki, bütün bunları edənləri və yaxud edənin öz kökü var. O da genetik kökündən gələn kodları aça bilir.

...Normal inkişaf eləmiş ölkələrdə üç cür baxış mövcuddur: rəsmi baxış, elmi baxış, vətəndaş baxışı və mövqeyi. Demokratik ölkələrdə rəsmi baxış bir şeyə rəy verməsə də, vətəndaş mövqeyi bunu tələb edir. Rəsmi mühit də bununla mütləq hesablaşır. Naxçıvanda vətəndaş mövqeyi həmişə üstün olub...


ŞƏRURDA İDMAN YÜKSƏLƏN XƏTLƏ İNKİŞAFDADIR

...Sevindirici haldır ki, artıq Şərurda idmanla məşğul olmaq kütləvi hal almışdır. Rayonun idman potensialı yüksək səviyyədədir. Bunu son dövrlərdə idmançıların qazandıqları uğurlar da sübut edir. Bu baxımdan 2011-ci il də istisna deyil.

Olimpiya İdman kompleksində ötən ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Naxçıvan Muxtar Respublikası üzrə boks, Respublika günü münasibətilə futbol üzrə rayon birincilikləri, dekabr ayında isə ümummilli liderimizin anım günü ilə əlaqədar beynəlxalq «Naxçıvan Open» İçigeki və ölkə Prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illik yubileyi şərəfinə Naxçıvan Muxtar Respublikası üzrə kinqboksinq turnirləri keçirilmişdir.

Bildiyiniz kimi Prezident cənab İlham Əliyev bu il yanvarın 16-da ölkəmizdə 2012-ci ilin «İdman ili» elan edilməsi haqqında sərəncam imzalamışdır. Odur ki, cari ildə Şərurda idmanın daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. İnanırıq ki, 2012-ci ildə şərurlu idmançıların uğurları daha çox olacaqdır.


Digər məqalə başlıqları:

- Naxçıvan teatrı Türk Dünyası Teatr Günləri Festivalında iştirak edir
- Soyqırımı gününə həsr olunmuş şeir müsabiqəsi
- Şahin hərbi-idman oyunu
XS
SM
MD
LG