Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58

NATO raketdən müdafiə sistemlərini sınaqdan keçirib



NATO-nun Baş katibi bildirir ki, bu alyansın Avropada raketdən müdafiə sistemləri yaratması barədə ilkin sınaqları uğurla aşa çatıb. Baş katib Andres Figh Rasmussen "The Wall Street Journal"da çap olunan məqaləsində bildirir ki, sınağa ABŞ-dan gəmi, radar, həmçinin Almaniya və Hollandiyadan önləyici batareyalar cəlb olunub.

Rasmussen deyir ki, eyni zamanda keçirilən bu sınaq NATO-nun raket hücumlarından müdafiəyə hazır olduğunu göstərib.

Avropanın kənardan raket hücumlarından qorunmasına dair planın icrasını NATO ölkələri liderlərinin mayın 20-21-də Çikaqoda keçiriləcək sammitdə təsdiq edəcəkləri gözlənir.

Rusiya NATO-nun həmin raketdən müdafiə sistemlərini özünün milli maraqlarına zidd hesab edir. Moskva cavab tədbirləri ilə hədələyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG