Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:15

«Eurovision» keçirilən müddətdə Bakı yüksək səviyyədə işıqlandırılacaq


ASC-nin mətbuat xidmətindən AnsPress-ə verilən məlumata görə, beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması məqsədi ilə müsabiqənin keçiriləcəyi «Kristal Zal» və konfrans zalının, o cümlədən Heydər Əliyev Beynəlxalq Hava Limanının, Dəmir Yol Vağzalının, H.Əliyev adına İdman və Konsert Kompleksinin, Əl Oyunları Sarayının, Bakı Biznes Mərkəzinin, Dənizkənarı Milli Parkın və «İçərişəhər» Dövlət Tarixi - Memarlıq Qoruğu ərazilərinin, muzeylərin, küçə, park və fəvvarələrin, binaların fasad işıqlandırılmasının, habelə həmin tədbirlərlə əlaqədar Bakı şəhərinə gələn xarici qonaqların yerləşdirilməsi nəzərdə tutulan mehmanxanaların, qonaq evlərinin, yaşayış evlərinin, restoranların, barların və digər obyektlərin elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunması üçün məsul şəxslər müəyyən edilməklə Səhmdar Cəmiyyət üzrə gücləndirilmiş iş rejimi tətbiq edilmib.

Müsabiqənin keçiriləcəyi yerlərin və digər obyektlərin elektrik enerjisi təchizatının birbaşa həyata keçirildiyi «Badamdar», «İçərişəhər», «Liman», «Yeni Bayıl», «Köhnə Bayıl», «Bayraq Meydanı», «Dağüstü Park», 203 və 227 saylı yarımstansiyalar tam təftiş edilib. Onlarda xidmət göstərən aidiyyəti personalla yanaşı digər xidmətlərin əməkdaşlarından ibarət işçi qrupları yaradılıb və onların adları qeyd olunan yarımstansıyalara təhkim edilmələri haqqında göstəriş verilib. Işçi qruplarının zəruri maşın-mexanizm, xüsusi geyim, müvafiq alət və elektrik avadanlıqları ilə, o cümlədən digər texniki vasitələrlə təchiz olunması təmin edilib.
XS
SM
MD
LG