Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:25

Suriyada yenə qarşıdurma olub


Suriyanın Rastan şəhərində silahlı üsyançılarla hökumət əsgərləri arasında toqquşma olub.

Bu barədə fəallar məlumat yayıblar.

Məlumatlara görə, 23 Suriya əsgəri ölüb, yaralananlar var.

Bu ərəfədə Brüsseldə Avropa Birliyi xarici işlər nazirlikləri Assad rejimi əleyhinə daha çox sanksiyalara razılaşıblar.

Hələlik sanksiya ilə bağlı detallar məlum deyil.

Beynəlxalq birlik 14 aydır ki, münaqişəni dayandırmaq üçün Suriya hakimiyyətinə təzyiqlər edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG