Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:50

Kolumbiya silahlıları jurnalisti azad edəcəklər


Beynəlxalq Qızıl Xaç Cəmiyyəti bildirib ki, Kolumbiyanın partizan dəstəsi tutduğu Fransız jurnalisti azad etməyə qərar verib.

Onlar jurnalisti ötən həftə tutublar.

Qızıl Xaç bildirib ki, onlar Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrindən bu barədə məlumat alıblar.
Amma jurnalist Romeo Langloisin nə zaman azad olunacağı açıqlanmayıb.

Romeo Langlois Fransa 24 televiziyasının reportyorudur və Kolumbiyada narkotik əleyhinə keçirilən əməliyyatları icra edən əsgərləri müşayiət edirdi.

O, aprelin 28-də əsgərlərlə İnqilabçı Silahlı Qüvvələr arasındakı atışmada girov götürülüb. Həmin hücumda 4 əsgər ölüb.

İnqilabçı Silahlı Qüvvələr 1962-ci ildən bəri Kolumbiya hökuməti ilə mübarizə aparır. Onların qanunsuz narkotik ticarətdən maliyyələşirlər.
XS
SM
MD
LG