Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:37

TQDK buraxılış imtahanlarının vaxtını açıqlayıb


TQDK-nın yaydığı məlumata görə, Bakıda 9-cu sinif şagirdləri buraxılış imtahanını iyunun 3-ü, 11-ci sinif şagirdləri isə iyunun 2-də verəcəklər.

İyunun 8-də Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazın 9 və 11-ci sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda imtahan keçiriləcək.

Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şagirdləri iyunun 18-də imtahan verəcəklər. Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvar şagirdləri üçün iyunun 29-da imtahan təşkil olunacaq. Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş şagirdləri isə iyulun 4-də imtahan verəcəklər.

Abbaszadə deyib ki, Gəncə, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verəcəklər. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.
XS
SM
MD
LG