Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Ingiltərəni gərginlikdə saxlayan 90+5 dəqiqə


Manchester City-Newcastle oyunundan epizod. 8 May 2012.
Manchester City-Newcastle oyunundan epizod. 8 May 2012.
Mayın 13-də İngiltərənin futbol çempionu uzun fasilədən sonra “Manchestr City” oldu. Çempionatın son saniyələrində gözlənilmədən hamıya elə gəlirdi ki, Mançesterin başqa klubu - “Manchester Uniated” keçənilki çempion titulunu qoruya biləcək. Lakin...
MƏŞQÇİ ÜMİDİNİ İTİRMİŞDİ

- Heç vaxt buna bənzər bir şey görməmişdim, heç vaxt! Oyunun sonuna 5 dəqiqə qalmış fikirləşirdim ki, hər şey bitdi, biz bu oyunu uda bilməyəcəyik. – deyə “Manchester City”nin baş məşqçisi Roberto Mancini oyundan sonra jurnalistlərə etiraf edirdi. Onun ingilis mətbutının ifşaedici başlıqlarını, öz ünvanına kəskin tənqidləri gözünün önünə gətirdiyi məqamdan qələbə sevincilə futbol meydanına hücum etməsi anını cəmi 3-4 dəqiqə ayırırdı.
QIZIL MEDAL MANÇESTERƏ GƏLƏSİYDİ, AMMA HANSI KLUBA?

Premier Liga`da qızıl medalın taleyi 2 oyunda, “Manchester City” – “Queens Park Rangers” (QPR) və “Sounderland” - “Manchester Uniated” matçlarında həll olunurdu.
Mançesterdən olan hər 2 klubun sonuncu tur ərəfəsi 86 xalı var idi. “City” qələbə qazansaydı, xalları bərabər olsa belə “Man.Uniated”i qabaqlayır, çempionluğu təmin edirdi. Bütün çempionatı liderər qrupunda olan bu klubun öz meydanında autsayderlərdən olan QPR üzərindəki qələbəsinə isə şübhə edən yox idi.

FUTBOL DRAMASI BELƏ YAŞANDI

Və həqiqətən də, 1-ci hissəsinin sonunda City`nin oyunçusu Zabaleta güclü zərbə ilə hesabı açır. 1-0
Lakin fasilədən dərhal sonra qonaqlar əvvəl hesabı bərabərləşdirir (Cisse), 65 dəqiqədə isə gözlənilmədən 2-ci qolu vururlar (Mackie).
90 dəqiqə ötür, gərgin keçən oyundakı fasilələri nəzərə alan hakimlər əsas vaxta 5 dəqiqə də əlavə edirlər.
Bu zaman “Sounderland”da oyun başa çatır. Ronney`nin vurduğu yeganə qol “Man.Uniated”ə qələbə gətirir. Mançestrein “qırmızı” tərəfi sevincdən partlamağa hazırdır, onları bundan ancaq möcüzə ayıra bilər – 4 dəqiqə ərzində “Mançester City” QPR-in qapsına 2 qol vurmalıdır. Və bu möcüzə baş verir.
TOP YUMRUDUR

Əvvəl Dzenko küncdən zərbə vaxtı hamıdan yuxarı hoppanıb topu başı ilə qapıya yönəldir. 2-2
Sonra isə Aguero çərimə meydançası xəttində topu alıb müdafiəçini keçir, dəqiq zərbə ilə “Man.City”nin qələbə topunu vurur. 3-2
GÖYLƏR SEVİNİR, QIRMIZILAR HÜZNDƏ

“Mançester City” İngiltərə çempionudur. Qələbə sevincini qeyd edən azarkeşlər hakimin final fitindən dərhal sonra meydana axışırlar. Mançesterin “Göy rəng” tərəfi (Şəhəri futbol klublurının geyimlərinə uyğun “qırmızı” (Uniated) və “göy” (City) tərəflərə bölürlər) 44 illik fasilədən sonra “bizim küçədə də bayram oldu” deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG