Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:45

Suriyada gedən toqquşmalarda azı 23 adam ölüb


Bazar günü Suriyanın müxtəlif rayonlarında hökumət qoşunlarıyla silahlı müxalifət arasında baş vermiş toqquşmalarda azı 23 adam ölüb.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan edilsə də ölkədə toqquşmalar davam edib.

Hazrda Suriyada 189 beynəlxalq müşahidəçi var.

Yaxın vaxtlarda onların sayının 300-ə çatdırılması nəzərdə tutulur.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG