Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:39

«Baku Crystal Hall»-da məşqlər başladı



«Həyatımda ən yaddaqalan doğum günümü dünən Bakıda qeyd etdim». Yunanıstanın təmsilçisi Eleftheria Eleftheriou mayın 13-də «Baku Crystal Hall»da keçirilən məşqdən sonrakı mətbuat konfransında belə deyib.
Mayın 13-də «Baku Crystal Hall»da məşqlərdən sonra iştirakçı ölkələrin təmsilçiləri mətbuat konfransları keçiriblər.
Yunanıstan təmsilçisi çıxışının uğurlu olacağına, hamını təəccübləndirə biləcəyinə inandığını da deyib.
Eleftheria Eleftheriou Yunanıstanı «Aphrodisiac» mahnısı ilə təmsil edəcək.
İslandiya təmsilçiləri Qreta SalomeYonsi mətbuat konfransında deyiblər ki,
«Bakıda olmaq və «Eurovision»da çıxış etmək bizim üçün çox böyük zövqdür». Onlar «Never Forget» mahnısı ilə çıxış edəcəklər. Mahnıda hadisələr İslandiyanın ucsuz-bucaqsız qarlı və buz bağlamış çöllərində baş verir.

Monteneqro təmsilçisi Rambo Amadeusun məşqi

Monteneqro təmsilçisi Rambo Amadeusun məşqi

Monteneqro təmsilçisi Rambo Amadeus bildirib ki, müsabiqənin keçiriləcəyi səhnə onun istədiyi kimi alınıb. O, müsabiqədə ifa edəcəyi mahnıya çəkilmiş videoçarxın haqında deyib ki, burda əsas məqsəd Montenoqronun təbiətini nümayiş etdirməkdir. Rambo Amadeus Xəzər dənizinə səyahət etmək arzusunda olduğunu da bildirib.
Latviya təmsilçisi Anmary də məşqini keçirib. O, yarışmada ölkəsini «Beautiful song» mahnısı ilə təmsil edəcəkdir. Bakı aeroportunda isə o Sarı gəlin mahnısını ifa edib.
Bu gün Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya təmsilçiləri də məşqlər və mətbuat konfransları keçirəcək. .
Yarımfinalların və finalın son məşqləri mayın 21, 23-ü və 25-də keçiriləcək.
XS
SM
MD
LG