Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:47

Minsk Qrupunun həmsədrləri Bakıya gəlib


ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke,Jacques Faure və Igor Popov
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke,Jacques Faure və Igor Popov
Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jacques Faure (Fransa), İgor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərləri çərçivəsində mayın 13-də Azərbaycana gəliblər.

Robert Bradtke Bakıdakı beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, budəfəki səfərdə məqsəd Londonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Varşavada isə Eduard Nalbandyanla müzakirə olunan məsələlər ətrafında diskussiyanı davam etdirməkdir.

O qeyd edib ki, bu görüşlərdə Azərbaycan,Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə verdikləri birgə bəyanatın elementlərinin yerinə yetirilməsi müzakirə olunub.

Həmsədrlər mayın 12-də Yerevanda prezident Serzh Sargsyan və xarici işlər naziri Eduard Nalbandyanla görüşüblər.

Mayın 14-də isə onların Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Həməsdrlərin səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəkləri gözlənilir.

Səfərin sonunda həmsədrlər birgə bəyanatla çıxış edəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG