Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

Yəmənin hökumət qoşunları Zincibar şəhərinə hücuma keçib


Yəmənin hökumət qoşunları ölkənin cənub-qərbindəki Zincibar şəhərinə hücumu davam etdirirlər.

Artıq 1 ildir ki, şəhər əl Qaidə ilə əlbir olan yaraqlıların nəzarətindədir.

Komandanlığın məlumatına görə, ordu birləşmələri sübh tezdən iki istiqamətdən şəhərə yaxınlaşıblar.

Döyüşlərdə 15 yaraqlı öldürülüb.

Quru əməliyyatından əvvəl şəhərə havadan zərbələr endirilib.

Son həftələr yaraqlıların liderlərindən 3-ü öldürülüb.

Bazar günü paytaxt Sanada isə naməlum adamlar Bolqarıstan səfiri Boris Borisovu oğurlamağa cəhd göstəriblər.

Maskalı adamlar onu bıçaqla qorxudaraq maşınından çıxarmaq istəyiblər.

Amma səfir onların əlindən çıxaraq yaxınlıqdakı mağazaya girib.

Günün bütün mövzuları

XS
SM
MD
LG