Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:49
Ötən gecə Oğuzun Xalxal kəndinində 15-ə yaxın evi su basıb.

ANS PRESS-in məlumatına görə, sel həmçinin kəndi rayon mərkəzi ilə bağlayan əsas asfalt yolun 10-15 kilometrini dağıdıb.

140 ailənin yaşadığı kənd ətrafdan axan Qaraçay və Kordərə çaylarının arasında qalıb.

Sel kəndin içindəki yolları və körpüləri də yuyub.

Nəticədə məktəb, uşaq bağçası və dağətəyi Zumanlı məhəlləsi ilə əlaqə kəsilib.

Fövqələdə Hallar Nazirliyi rayon bölməsinin əməkşdaşları hadisə yerinə gediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG