Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:53

Suriya hava qüvvələrinin rəhbərliyi əl Qaidə ilə əlbirlikdə günahlandırılır


Suriya azadlıq ordusunun baş komandanı hərbi hava qüvvələrinin rəhbərliyini əl Qaida ilə əlbir olmaqda ittiham edib.

Suriya Azadlıq Ordusu müxalifətin tərəfinə keçmiş peşəkar hərbçilərdən təşkil olunub.

Polkovnik Riad al Assad bazar günü Küveyt qəzetlərindən birində dərc olunmuş müsahibəsində həmçinin bildirir ki, bu günlərdə Dəməşqsdə 55 adamın ölümüylə nəticələnmiş partlayışları hakimiyyətin özü təşkil edib.

Al Assad bu partlayışlarla bağlı beynəlxalq istintaq aparmağa çağırıb.

Bu ərəfədə bu partlayışlara görə cavabdehliyi “Al-Nusra Front” adlı tanınmayan qrup üzərinə götürüb.

Bazar gününə keçən gecə Dəməşq ətrafında baş verən toqquşmalarda azı 3 adam ölüb.

Bu məlumatı Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri verib.

Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan edilsə də toqquşmalar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG