Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:39
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 12-də regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib.

Bu barədə Turan agentliyi xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Nalbandyan deyib ki, Minsk Qrupunun 18 illik fəaliyyəti ərzində tərəflər üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxınlaşmaq imkanları açılsa da, hər dəfə Azərbaycan geriyə addım atmaqla sazişin əldə olunmasını əngəlləyir.

O Azərbaycanı hərbi ritorikanı davam etdirmək, təmas xəttində təxribat törətmək və böyük sayda silah almaqda günahlandırıb.

Danışıqlar zamanı bu il yanvarın 23-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə əldə olunmuş razılaşma, əsasən də təmas xəttində insidentlərin araşdırılması mexanizmi müzakirə olunub.

Mayın 11-də həmsədrlərin Qarabağa nəzərdə tutulan səfəri hava şəraitinə görə, təxirə salınıb.

Həmsədrlər mayın 13-də Bakıya gələcəklər. Onlar prezident İlham Əliyev və xarici işlər
naziri Elmar Məmmədyarovla görüşəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG