Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:08

«Eurovision» müsabiqəsinin ilk qalibi Azərbaycana gəlir


«Eurovision» mahnı müsabiqəsinin ilk qalibi Lys Assia Bakıdakı şouda iştirak etmək üçün Azərbaycana gəlir.

eurovision.az saytının yaydığı xəbərə görə, müsabiqənin İsveçrədən olan ilk qalibinin Azərbaycana səfəri mayın 24-də başlayacaq.

Lys Assia Oslo və Düsseldorfda keçirilən «Eurovision» şoularında da qonaq qismində çıxış etmişdi.

Lys Assia 1956-cı ildə keçirilən «Eurovision» Mahnı Müsabiqəsinin qalibi olub. O, bu il də «Eurovision» yarışmasında təmsil olunmaq üçün Milli Seçimlərə qatılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG