Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:29

Naxçıvan iməciliklərində bir həftədə 23 812 nəfər iştirak edib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 55 (20.460) 28 mart 2012


AİLƏNİN «BRİLYANT TOYU» QEYD EDİLİB

Uzunömürlü ailələrin «qızıl» və «brilyant» toylarının qeyd olunması artıq ənənəyə çevrilmişdir. Sevindirici haldır ki, diyarımızda belə ailələrin sayı getdikcə artır.
Regionumuzun uzunömürlü və xoşbəxt ailələrindən biri də Naxçıvan şəhərində yaşayan Salmanovlar ailəsidir. 5 övlad, 14 nəvə və 7 nəticəsi olan İbrahim və İmbilbəni Salmanovların evliliklərinin 60 illiyi münasibətilə keçirilən «brilyant toy»u əsl bayram şənliyinə çevrilmişdir. Tədbirin Novruz bayramı günlərinə təsadüf etməsi «brilyant toy»a daha zəngin çalarlar qatmışdır.

...Tədbirdə yubilyarlar və onların ailə üzvləri belə yüksək qayğı üçün ölkə başçısı cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildirmişlər.

ÖTƏN HƏFTƏ MUXTAR RESPUBLİKADA KEÇİRİLƏN İMƏCİLİKLƏRDƏ 15 680 ƏDƏD AĞAC VƏ GÜL KOLU ƏKİLMİŞDİR

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

...Martın 24-də keçirilən iməciliklər də mütəşəkkil xarakter daşımış, Naxçıvan şəhərinin tumbul kəndi yaxınlığında, dairəvi yolun kənarındakı ərazidə 1000 ədəd meyvə ağacı əkilmiş, Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində, şəhərin bütün park və xiyabanlarında əkilmiş ağac və gül kollarına aqrotexniki qulluq göstərilmişdir.
Ümumilikdə iməciliklərdə 23 812 nəfər iştirak etmiş, 1000 ədədi meşə, 14 250 ədədi meyvə, 30-u həmişəyaşıl, 400-ü gül və bəzək kolları olmaqla, ümumilikdə 15 680 ədəd ağac, gül və bəzək kolları əkilmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Sərhəd zastavası üçün yeni obyektlər inşa olunur
- Tikinti aparılan ərazidə səyyari müşavirə keçirilmişdir
- Fərdi qəza sığortası günün vacib tələbidir
- 2-ci dövrənin oyunlarına start verilib

Şərhləri göstər

XS
SM
MD
LG