Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:11

Birləşmiş Ukrayna müxalifətinin Kiyevdə formu keçirilib


Birləşmiş Ukrayna müxalifətinin Kiyevdə keçirilən formunda bir neçə min adam iştirak edib.

Formda hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş daxili işlər naziri Yuri Lutsenkonun müraciətləri oxunub.

Formda birləşmiş müxalifətin payızda keçiriləcək parlament seçkisinə gedəcəyi proqram qəbul olunub.

Proqramda məmurlara çəkilən xərclərin azaldılması, vergi və pensiya sahəsində islahatlar aparılması və konstitusiya məhkəməsinin buraxılması nəzərdə tutulur.

Ukraynada əsas müxalifət qüvvələri hesab olunan “Batkivşina” və “Dəyişiklik cəbhəsi” partiyaları apreldə bəyan ediblər ki, parlament seçkisinə vahid siyahıyla gedəcəklər.

Onlara daha 2 partiya da qoşulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG