Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:40

Tanınmayan qrup Dəməşqdəki partlayışlara görə cavabdehliyi üzərinə götürüb


Bu həftə Dəməşqsdə 55 adamın ölümüylə nəticələnmiş partlayışlara görə,cavabdehliyi internetdə tanınmayan radikal qruplardan biri üzərinə götürüb.

Özünü “Al-Nusra Front” adlandıran təşkilatın bəyanatında bunun hökumət qoşunlarının müxalifətə qarşı apardığı hərbi əməliyyatlara cavab olduğu bildirilir.

Suriya müxalifəti bundan əvvəl bəyan eləmişdi ki, bu partlayışların arxasında prezident
Bashar Assad rejiminin özü durur.

Müxalifətin məlumatına görə, hökumət qoşunlarının şənbə günü Homs şəhərində müxalifət qüvvələrinin nəzarətində olan məhəllələri atəşə tutması nəticəsində azı 2 nəfər yaralanıb.

Hakimiyyət isə cümə günü partlayış törədilmiş Hələb şəhərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Hakim Bəəs partiyasının ofisi ətrafında törədilmiş bu partlayışda 1 nəgər ölüb.

Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan edilsə də toqquşmalar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG