Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

Nİgeriyada Boko Haram qrupunun liderlərindən biri yaxalanıb


Nigeriyanın Kano şəhərində terrorçu Boko Haram qrupunun liderlərindən biri yaxalanıb.

Yüzlərlə adamın ölümünə səbəb olmuş son partlayışlara görə cavabdehliyi bu qrup üzərinə götürüb.

Polis həbs edilmiş Suleyman Mohammedin bu qrupun Kanodakı qanadının lideri olduğunu deyir.

Mohammedlə yanaşı onun həyat yoldaşı və uşaqları da həbs edilib.

Axtarış zamanı həmçinin partlayıçı maaddə, silah və sursat aşkar edilib.

Boko Haram qrupu müsəlmanların çoxluq təşkil etdiyi Nigeriyanın şimalında islam dövləti qurmağa çalışır.
XS
SM
MD
LG