Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:54

BMT Əfqanıstan qadınlarını müdafiə etməyə çağırır


BMT NATO-nu 2014-cü ildə Əfqanıstandan çıxmazdan qabaq bu ölkədə qadın hüquqlarının qorunmasıyla bağlı tədbirlər görməyə çağırıb.

BMT-nin Əfqanıstandakı xüsusi elçisi Jan Kubis şənbə günü bildirib ki, son 10 illikdə Əfqanıstanda qadınların təhsili və təhlükəsizliyi sahəsində xeyli irəliləyiş əldə olunsa da
NATO əsgərləri ölkədən çıxdıqdan və Əfqaqnıstan hökuməti ilə Taliban barışdıqdan sonra bunların hamısı itirilə bilər.

Mayın 20-21-də NATO-nun Çikaqoda keçiriləcək sammitində əsasən Əfqanıstan təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsi və bu ölkədə insan haqlarının müdafiəsi məsələləri müzakirə olunacaq.
XS
SM
MD
LG