Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:23

Rafiq Tağının adı öldürülmüş jurnalistlərin siyahısına salınacaq


Rafiq Tağı

Rafiq Tağı

Azərbaycanlı jurnalist, yazıçı və publisist Rafiq Tağının adı Vaşinqtondakı Xəbərlər və
Jurnalistika muzeyində ötən il öldürülmüş 70 jurnalistin adı olan xüsusi lovhəyə salınacaq.

Bazar ertəsi bununla bağlı xüsusi mərasim keçiriləcək.

Rafiq Tağı ötən il noyabrın 19-da işdən evə gedərkən küçədə naməlum adamlar tərəfindən bıcaqlanıb, noyabrın 23-də isə əməliyyat edildiyi Klinik Tibbi Mərkəzdə vəfat edib.

O əməliyyatdan sonra İranla bağlı yazdığı yazılara görə hücuma məruz qaldığını istisna eləməmişdi.

O yazılarında vaxtaşırı Azərbaycan hakimiyyətini də tənqid edirdi.
3 uşaq atası olan Rafiq Tağının 61 yaşı var idi.

Siyahıya həmçinin 2011-ci ildə İraq və Pakistanda öldürülmüş 11 jurnalistin adı salınacaq.

Bu iki ölkə dünyada jurnalistlər üçün ən təhlükəli yer hesab olunur.

Ölənlərin arasında Əfqanıstan və Rusiyadan olan reportyorlar da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG