Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:40

Yunanıstanda koalision hökumət məsələsi düyünə düşüb


Bu gün Yunanıstanda koalision hökumət yaradılmasıyla bağlı növbəti danışıqlar gözlənilir.
Prezident Carlos Papoulias siyasi partiyaların liderlərilə görüşəcək.

Ötən həftə keçirilmiş parlament seçkisində 1-ci, 2-ci və 3-cü yerləri tutan siyasi partiyalar hələlik koalision hökumət yaradılmasında bir araya gələ bilmirlər.

Əgər rezident tərəfləri razılığa gətirə bilməsə, onda yeni seçki təyin etməli olacaq.

Qanuna görə bu seçki iyunun ortalarında keçirilə bilər.
Seçkidə qalib gəlmiş partiyalar borc böhranından çıxmaq üçün Avropa Birliyi və
Beynəlxalq Valyuta Fondu ilə əldə edilmiş razılaşmanı dəstəkləmirlər.

Bu razılaşmada kəskin iqtisadi tədbirlər əvəzində Yunanıstana maliyyə yardımı edilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG