Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

Azərbaycanın İrandakı səfiri: «İran və Azərbaycan əlaqələri çox özəldir»


«Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 1994-cü ildə İrana ilk rəsmi səfərindən sonra iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədar bəzi tapşırıqlar verdi».

APA-nın IRNA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bildirib.

O, Azərbaycanın İrandakı səfirliyində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təşkil edilmiş mərasimdə çıxışı zamanı deyib ki, iki ölkə ortaq din, mədəniyyət və tarixə malikdir: «Bu baxımdan, İran və Azərbaycan əlaqələri çox özəldir».

C.Axundov həmçinin Azərbaycanın müstəqilliyini qazandıqdan sonra siyasi və iqtisadi cəhətdən böyük nailiyyətlər əldə etdiyini də vurğulayıb:

«Müstəqillik dövründə ölkə büdcəsində bir dollar belə yox idi. Ancaq həyata keçirilmiş uğurlu iqtisadi siyasət sayəsində indi 43 milyard dollar valyuta ehtiyatına malikik».
XS
SM
MD
LG