Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:06

İran ayətullalarının «Eurovision» narahatlığı, SSRİ-nin bərpası....


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycan» qəzeti yazır ki, «Bakıda «Eurovision» yarışmasının keçirilməsi İranın dini dairələrinin əlinə Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirmək üçün yeni bəhanə verib».

Qəzetə görə, «gülünc və cəfəng çağırışlar etməklə dünyagörüşlərinin cahil və fanatik dini baxışlar üzərində formalaşdırdığını ortaya qoyan bəzi ayətullalar bununla həm də müstəqil Azərbaycan dövlətçiliyinə qarşı məkrli sifarişləri yerinə yetirirlər».

«RÜŞVƏTXORUN ARVADININ ƏLİ BELƏ OLAR?»

«Bizim yol» qəzeti korrupsiya ittihamı ilə həbs edilən Bakı Dövlət Universitetinin professoru Məhəmməd İmanlının ailə üzvləri ilə görüşüb. Həyat yoldaşı M.İmanlının şərlənərək həbs edildiyini deyib:

«Mənim əllərimə baxın, rüşvətxorun arvadının əli belə olar? (dərisi qopmuş barmaqlarını, dərisi yeyilmiş dabanını göstərir). Həyətimizdə parnik var, onunla dolanırıq. Mənim ərimi şərləyib tutublar. Rüşvətxorun qohum-əqrəbası bu gündə olar, bu villanı da zəhmətimizlə tikmişik».

M.İmanlının xanımı deyir ki, evdən aşkar olunduğu deyilən 40 manat, 79 min dollar, 61 manat və 13 min avro şişirdilmiş rəqəmlərdir.

Amma qadın evdə nə qədər pulun olduğunu da açıqlamır.

PUTİNİN PREZİDENT SEÇİLMƏSİ...

«Yeni Azərbaycan» qəzeti yazır ki, Azərbaycanla Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir:

«Ümumiyyətlə, Vladimir Putinin yenidən Rusiya prezidenti seçilməsi Azərbaycanla bu dövlət arasında əlaqələrin inkişafına daha da təkan verəcək».

MÜSAVATIN TBİLİSİ İLƏ BAĞLI İSTƏYİ

«Ayna» qəzeti yazır ki, Müsavat Partiyası qurultayını Tbilisidə keçirmək istəyir: «Çünki partiyanın öz ali tədbirinə toplaşması üçün Bakıda məkan ayrılmır».

««BAŞQA BLOKA GİRƏRİK» TƏHDİDİ TƏSADÜF DEYİLMİŞ»

«Yeni Müsavat» qəzeti yeni seçilən Rusiya prezidenti Vladimir Putinin «SSRİ-ni bərpa toplantısı» çağırmasından yazır.

Qəzetə görə, rəsmi Bakının «Qərbdən təzyiqlər artarsa, başqa bloka girərik» təhdidləri təsadüfü deyilmiş...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG