Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Litva prezidenti həbsxanada Tymosheko ilə görüşüb



Litva prezidenti Dalia Grybauskaite mayın 11-də Xarkovda xəstəxanada Ukraynanın keçmiş Baş naziri Yulia Tymoshenko ilə görüşüb. Görüşdən sonra yaydığı bəyanatda prezident bildirir ki, Avropa Birliyinin Ukryanaya etibarı getdikcə yox olur.

O, qeyd edir ki, indiki mürəkkəb vəziyyətdən çıxış yolları var. Amma Ukrayna xalqı özü seçməlidir ki, Avropa Birliyi ilə sıx əməkdaşlıq etsin, yoxsa, özünü təcridə salsın.
Keçmiş Baş nazir Yulia Tymosheko keçən ilin oktyabrından həbsdədir. O, vəzifədən sui-istifadə ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 9-da belində ağırlara görə xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG