Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:48

Bakı meri danışdı... [Video]


Hüquqşünas Fuad Ağayev və QHT-lərin Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin İmranova Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müsahibəsi barədə fikirlərini bölüşürlər.

«Hacıbala Abutalıbov özünün işlədiyi suçları dərk etmir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas Fuad Ağayev Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müsahibəsi barədə fikirlərini bölüşərkən deyib:

«Hacıbala Abutalıbov deyir ki, sökülən ərazilərdə gözəl park-bağ kompleksi olacaq. Belə park-bağ kompleksi planı vardısa, niyə 2005-ci ildən Bakı şəhərinin Baş planı yoxdur? Necə olur ki, insanlar öz şəhərlərinin gələcəyi haqda düşünə bilmirlər? Necə olur ki, mən Moskvanın Baş planını detallarına qədər izləyə bilirəm, amma Bakı şəhərinin baş planı 7 ildir ki yoxdur?».

F.Ağayev deyir ki, həmin ərazilərdə park salınacaqdısa, o zaman orda yaşayan insanlar razı salınmalı idi.

QHT-lərin Tarix, Mədəni və Təbii İrsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin İmranova H.Abutalıbovun sakinlərin daha çox pul istədikləri barədə dedikləri ilə razılaşmır. O deyir ki, vətəndaşın öz əmlakını istədiyi qiymətə satmaq hüququ var:

«Başqa bir sahədə qiymət artımı olanda deyirlər ki, bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı odur ki, əmlak mənimdirsə, onun qiymətini mən müəyyənləşdirirəm. Aytəkin İmranova

Aytəkin İmranova

Qiymətləri diktə etmək mənim hüququmdur».

A.İmranovanın fikrincə, getdikcə məmurlar vətəndaşlara heç bir hüquq tanımaq istəmirlər:

«Bakı şəhərinin mərkəzindəki torpaqların mülkiyyəti adi insanların əlindən alınır».

Hüquqşünas F.Ağayev isə iddia edir ki, evlərin bu cür sökülməsi xoş olmayan iqtisadi nəticələrə gətirib çıxara bilər:

«Həmin ərazidə salınan park Füzuli və Ş.Bədəlbəyli küçəsində çox kiçik ərazini əhatə edəcək. Onun ətrafında ticarət və yaşayış funksiyalı binalar olacaq. O insanlar həmin ərazidən köçürülürsə, onlara həmin binalarda evlər verilməlidir. Mülkiyyət hüquqları rəsmiləşdirilmədən, pul ödənilmədən insanların çıxarılması ona gətirə bilər ki, 5-6 ilə Bakının mərkəzində torpağın 1 sotunun dəyəri yarım milyon yox, 5-10 milyon manat olsun».

F.Ağayev deyir ki, bununla həmin ərazidə yaşayan orta təbəqəyə aid insanlar kasıb təbəqənin nümayəndəsinə çevrilir.

Müzakirəni tam olaraq buradan dinləyin:


Şərhləri göstər

XS
SM
MD
LG