Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:46

Yunanıstana məxsus neft tankerini piratlar oğurlayıb


Yunanıstana məxsus neft tankeri Ərəb Dənizində piratların əlinə keçib. Tankerin sahibi olan şirkət bildirir ki, hadisə mayın 10-da baş verib. İçərisində 135 ton xam neft olan tankerin Somaliyə tərəf aparıldığı deyilir.

Bu marşrut dünyada ən təhlükəli hesab edilir. Təkcə 2011-ci ildə həmin yolda piratların gəmilərə 230 hücumu olub. Buna görə Avropa Birliyi həmin əraziyə 10-a yaxın döyüş gəmisi yerləşdirib.

Birlik 2014-cü ilin sonuna qədər onların sayını daha da artırmağı planlaşdırır.
XS
SM
MD
LG