Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:47

Ermənistan müxalifəti parlament seçkisinin saxtalaşdırıldığını deyir


Ermənistanda əsas müxalifət partiyaları birgə bəyanat yayaraq ötən bazar günü hakim partiyanın qələbəsilə nəticələnən parlament seçkisinin saxtalaşdırıldığını bildirirlər.

Mayın 11-də yayılan bəyanatı Erməni Milli Konqresi, Daşnaksutyun, hakim partiyanın koalisiya ortağı olmuş Çiçəklənən Ermənistan Partiyası imzalayıb.

Mayın 6-da keçirilən seçkidə rəsmi məlumata görə prezidentin Respublikaçılar Partiyası 44 faiz səslə qalib gəlib. Bununla da hökumət 131 nəfərlik parlamentdə 68 mandat alıb.
XS
SM
MD
LG