Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

Məhkəmədə Breivikə ayaqqabı atdılar


Mayın 11-də Norveçin paytaxtı Osloda Andres Breivikin məhkəməsində insident yaşanıb. Buna səbəb prosesi izləyənlərdən birinin ayaqqabısını ona atması olub. “Sən mənim qardaşımı öldürmüsən, cəhənnəmə get!” deyə qışqıran adamın atdığı ayaqqabı Breivikə dəyməyib, amma onun vəkillərindən birinə toxunub.

Ayaqqabını atan gəncin 20 yaşlı Hayder Mustafa Qasim olduğu bildirlir. Breivikin Utoya adasında qətlə yetirdiyi gənclər arasında onun qardaşı da olub.

Təhlükəsizlik əməkdaşları Hayder Mustafa Qasimi zaldan çıxarıblar. Bu zaman zalda oturanların əl çaldığı da deyilir.

Məhkəmədə fasilə elan olunsa da, günün ikinci yarısında proses davam edib. Fasilədən sonra Breivik üzünü zala tutub deyib: "nəsə atırsınızsa, mənə atın, vəkillərimə yox"

Andres Breivik keçən ilin iyulunda törətdiyi terror aktında 77 nəfəri öldürüb. Qətlləri boynuna alan Breivik bunu hökumətin çoxmədəniyyətlilik siyasətinə etiraz olaraq törətdiyini bildirir.

Osloda 3-cü həftədir davam edən məhkəmədə şahidlərin dindirilməsi prosesi gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG