Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:55

Suriya müxalifəti partlayışların araşdırılmasına xaricidən mütəxəssislər dəvət olunmasına çağırır


Suriya müxalifəti Dəməşqdə baş verən partlayışların araşdırılmasına xarici ölkələrdən mütəxəssislər cəlb olunmasına çağırır.

BMT Təhlükəsizlik Şurası mayın 10-da Dəməşqdə baş verən partlayışı pisləyib. Həmin partlayış nəticəsində 55 adam ölüb, 372 adam yaralanıb. Bu, Suriyada son bir il ərzində baş verən ən qanlı partlayışdır.

Müxalifətin Azad Suriya Ordusunun təmsilçiləri bildirirlər ki, Assad hökuməti BMT-nin sülh planını məhv etmək üçün əlindən gələn hər şeyi edir.

Son 14 ayda Suriyada prezident Bashar Assadın rejimi əleyhinə etirazlara hökumətin silahlı müdaxiləsi ölkə boyu qanlı toqquşmalara səbəb olub. BMT-nin məlumatına görə 10 mindən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG