Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:35
Azərbaycanda salınacaq zooloji parkda 224 növdə 1518 hevvan olacaq. Trend-in məlumatına görə, bunu mayın 11-də pakın layihəsinin təqdimatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bildirib.

«Heyvanlar qitələrə məxsus landşaftlarda yerləşdiriləcək. Zooloji parkda hər ölkəyə uyğun təbii şərait yaradılacaq», - Əlizadə deyib.

Onun sözlərinə görə, zoopark «Azərbaycan Təbiət Aləmi» adlanacaq.

Əlizadə bildirib ki, Azərbaycanda salınacaq zooloji park bir çox dünyadakı məhşur parklardan yaxşı mənada fərqlənəcək.

Layihənin dizayn işlərini Türkiyə-Almaniya birgə müəssisəsi həyata keçirir.

Tövsiyəçi kimi layihəyə Hollandiyadan mütəxəssis də cəlb olunub. Parkda istər heyvanların saxlanması, onlara qulluq edilməsi, istərsə də çirkab məhsulların utilizasiyası tam müasir standartlara uyğun həyata keçiriləcək.

Layihəyə görə, zooloji parkın ərazisi 55 hektar təşkil edəcək.

Əvvəllər parkın Qobu ərazisində salınması nəzərdə tutulsa da, sonradan həmin ərazinin iqlimi, coğrafi şəraiti, relyefi, infrastrukturu zooloji parkın salınması üçün əlverişsiz hesab olunduğundan parkın Abşeron rayonu ərazisində salınması təklif edilib.

Park Bakıdan 25 km aralıda yerləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG