Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:01
YUBİLEY TƏDBİRİ KEÇİRİLMİŞDİR

Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Alı Məclisinin deputatı Yazgül Rzayevanın 60 illik yubileyi qeyd olunmuşdur.

Tədbiri komitə sədri Ramilə Seyidova açaraq Yazgül Rzayevanı yubiley münasibətilə təbrik etmiş, uzun ömür, can sağlığı və işlərində uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə qadınlarımıza yüksək qiymət verilmiş, cəmiyyətin idarə olunmasında, dövlətimizin formalaşmasında, eyni zamanda gənc nəslin tarixi ənənələr və müqəddəs amallar əsasında tərbiyə olunmasında qadın faktoru önə çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Əməkdar həkim Yazgül Rzayeva, yubilyarın ailə üzvləri çıxış edərək göstərilən bu diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbova minnətdarlıqlarını bildirmişlər.

«NUH YURDU» İNTELLEKTUAL MÜSABİQƏSİNİN QALİBİ NAXÇIVAN ÖZƏL UNİVERSİTETİNİN «ZİRVƏ» KOMANDASI OLUB

Dünən muxtar respublikanın ali və orta ixtisas müəssisələrinin tələbələri arasında «Nuh yurdu» intellektual müsabiqəsi keçirilib. Gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliyə və elmə marağı artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirilən müsabiqəni Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi təşkil edib.

...Sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək bilik yarışmasının gənclərin intellektual səviyyəsinin, vətənpərvərlik tərbiyəsinin artırılmasında, dünyagörüşünün formalaşmasında əhəmiyyətli olduğunu bildirib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Naxçıvan teatrı beynəlxalq festivaldan qayıdıb
- Əmək yarmarkasında 38 nəfərə göndəriş verilib
- Vətənə xidmət məqamı yetişdi
- Azərbaycan ürfan ədəbiyyatının sonuncu ustadı
XS
SM
MD
LG