Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:45
Doğulduğu Güllen şəhərinə gələn multimilyarder Klara Tsaxanasyan yerli sakinlərə şok təklif edir.

Mən sizə 1 milyard verirəm, siz də bunun əvəzində Alfred İlli qətlə yetirirsiz.

İll kimdir? Multimilyarderin keçmiş sevgilisi.

Onlar vaxtilə çılğın bir eşq macərası yaşayıblar, amma İll doğulan uşağa atalıq etmək istəməyib.

Buna görə də Klara şəhəri tərk edərək fahişəliklə məşğul olmağa başlayıb...

Şəhər sakinləri əvvəl qətlin icrasına razı olmasalar da, iqtisadi böhran, şəhərin boş xəzinəsi onları sındırır...

20-ci əsrin ən böyük dramaturqlarından olan isveçrəli Fridrix Dürrenmattın «Yaşlı xanımın gəlişi» adlanan bu tragikomediyası 1956-cı ildə səhnəyə qoyulandan sonra çox böyük uğur qazanmışdı.

Elə bir uğur və gəlir ki, dramaturq bundan sonra iqtisadi cəhətdən tam azad olmuşdu.

İndi Azərbaycanda - Akademik Milli Dram Teatrında mayın 11-də saat 19.00-da «Yaşlı xanımın gəlişi» əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov verib.

Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlıdır. Tamaşada yeganə qadın obrazını - yaşlı xanımı Əməkdar Artist Sənubər İsgəndərova canlandırır.

Digər rollarda Xalq Artistləri Ramiz Məlik (Müşavir) Nurəddin Mehdixanlı (Burqomistr) Ramiz Novruz (İll), Hacı İsmayılov (Müəllim) və başqaları çıxış edirlər.

Xatırladaq ki, Friedrich Josef Dürrenmatt həmişə pyeslərində dünyadakı xaosu, haqsızlığı və ədalətsizliyi qələmə alıb.

Dürrenmatt 1990-cı ildə vəfat edib.

Dürremantın pyesi əsasında çəkilmiş "Xanımın gəlişi" filmindən parça

Günün bütün mövzuları

XS
SM
MD
LG