Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:09

10-cu İmamdan bəhs edən mahnısına görə reperə qarşı internetdə kampaniya başlanılıb, onu öldürənə 100 min dollar mükafat elan edilib

İranın Qum şəhərindəki ayətullahı Safi Golpayegani reper Shahin Najafinin ölümünə dair fətva ilə çıxış edib. Fətvada onun İslam dinindən döndüyünə və xristianlığı qəbul etdiyinə görə ölümə layiq olduğu bildirilib.

“Al-Arabiya” xəbər verir ki, Shahin Najafinin "Naqi" adlı mahnısı ayətullahları və ümumiyyətlə İranın mövcud teokratik hakimiyyətini çox əsəbiləşdirib. Bu mahnıda 10-cu imam Naqidən bəhs edilir.

Ayətullah fətvasında bəyan edib ki, repçi mahnısında 10-cu imamı və ümumiyyətlə, İslamı təhqir edib. Bu fətvadan sonar Facebook-da və sigrə şəbəkələrdə Najafiyə qarşı aqressiv kampaniya başlanılıb. H'tta reperi öldürənə 100 min dollar mükafat da vəd edilib.

Shahin Najafi 2005-ci ildə İranı tərk edərək Almaniyaya mühacirət edib. Hazırda Almaniyada musiqi qruplarından birində çalışır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG