Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:47

Misirdə prezidentliyə namizədlərin ilk teledebatı keçirilib


Mayın 10-da Misirdə ölkənin tarixində ilk dəfə olaraq prezidentliyə namizədlər arasında teledebat keçirilib. İlk debatda prezidentliyə namizədlər Amr Moussa ilə Abdel Moneim Abol Fotouh iştirak edib.

Misirdə prezident seçkilərinin ilk turu mayın 23-24-də keçiriləcək. Əgər bu turda qalib seçilə bilməsə, iyunun 16-17-də ikinci tur keçiriləcək. Ümumilikdə Misir prezidentliyi uğrunda 13 namizəd mübarizə aparacaq.

Keçən ilin fevralında Hosni Mubarakin devrilməsindən sonra bu ölkədə keçiriləcək ilk seçki olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG